Avtomobil 20 yaşlı piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Avtomobil 20 yaşlı piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Kürdəmirin Muğanlı kəndində yol-nəqliyyat hadisəsində ölən piyadanın kimliyi məlum olub. SİA-nın Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, rayonun Yeni qəsəbə sakini, 2003-cü il təvəllüdlü Rzayev Elmir Vidadi oğludur.

Qeyd edək ki, E.Rzayev yolu keçərkən “Reno” markalı avtomobil onu vurub.

Ağır xəsarət alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə