Taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib - xəsarət alanlar var
Bakı Dairəvi yolunda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib. SİA xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan Əliyev Valeh Tarif oğlu idarə etdiyi “Hyundai”la qarşı tərəfdən gələn İmdad Yusifovun idarə etdiyi qoşqulu “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşının sürücüsü V.Əliyev ağır bədən xəsarətləri alıb. Bundan əlavə onun avtomobilində olan 1 yaşlı uşaq olmaqla 4 sərnişin xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, Bakı Dairəvi yolunun köməkçi şossesində qəza ilə əlaqədar olaraq hərəkət dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB