Neftçalada baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücülər ağır xəsarət alıblar.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhər mərkəzində baş verib.
Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi motoskilet, Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi motosikletlə toqquşub.
Qəza nəticəsində sürücülər ağır bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB