SOCAR-dan azyaşlıların düşərək öldüyü quyu ilə bağlı - Açıqlama

SOCAR-dan azyaşlıların düşərək öldüyü quyu ilə bağlı - Açıqlama

Məlum olduğu kimi, ötən gün Sabunçu rayonunun Maştağa qəsəbəsi Xanlar yaşayış massivində 10 yaşlı iki uşaq quyuya düşərək həlak olub. SİA-nın məlumata görə, hazırda mühafizəsi həyata keçirilməyən təxminən 20 metrlik quyuların sayı 7-dir və SOCAR-ın balansında olduğu deyilir.

Hadisə ilə bağlı SOCAR-dan bildiriblər ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisə ilə bağlı bildiririk ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil. Dünyasını dəyişən azyaşlıların valideynlərinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib, azyaşlıların cəsədləri sakinlər və FHN-nin xilasedicilərinin köməyi quyudan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə