Bakının Səbail rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Mixail Lomonosov küçəsində baş verib.
1975-ci il təvəllüdlü Abışov Davud Mobil oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB