50 yaşlı qadını və 7 yaşlı nəvəsini avtomobil vurdu

50 yaşlı qadını və 7 yaşlı nəvəsini avtomobil vurdu

Bakının Xətai rayonunda 50 yaşlı qadın və 7 yaşlı nəvəsi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. SİA-nın məlumatına görə, 1973-cü il təvəllüdlü Paşayeva Kəmalə Eldar qızı və onun nəvəsi 2017-ci il təvəllüdlü S.Quluzadə yolu keçərkən avtomobil onları vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Onlar reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə