Qəbirstanlıqdan 3 min manatlıq oğurluq edilib

Qəbirstanlıqdan 3 min manatlıq oğurluq edilib

Bakıda qəbirstanlıqdan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal rayonu ərazisində yerləşən qəbirstanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə