Quba rayonunun Zərqova kəndində iribuynuzlu heyvan avtoqəzaya səbəb olub. SİA-nın Şimal bürosu xəbər verir ki, “Niva” markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub.
Sərnişinlər Şabran rayon sakinləri – 1957-ci il təvəllüdlü Gəncəliyev Qədir Məmməd oğlu və onun oğlu 1994-cü il təvəllüdlü Gəncəliyev Məmməd Qədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB