Aeroport yolunda iki maşın toqquşub

Aeroport yolunda iki maşın toqquşub

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

SİA xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb. Yolda "Hyundai" və "Toyota Prius" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə