Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 48m² olan ikiotaqlı mənzilin bir otağı 18m² sahədə yanıb, mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB