Tutulan şəxsin zibillikdə gizlətdiyi tüfəng tapılıb

Tutulan şəxsin zibillikdə gizlətdiyi tüfəng tapılıb

Ədliyyə Nazirliyi Penitensiar xidməti, Bakı İstintaq təcridxanasının əməliyyat aparatları, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi və Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları birgə uğurlu əməliyyat tədbirləri keçirib.

Pentensiar Xidmətdən SİA-ya verilən xəbərə görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Məhəmməd Rəsul oğlu Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə