Şahbuzda yük maşını aşıb

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Ağbulaq kəndində yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə bu gün qeydə alınıb. Babək rayonu Kültəpə kənd sakini, 1985-ci il təvəllüdlü Bağırov Mikayıl Həsən oğlunun idarə etdiyi yük maşını aşıb. Nəticədə, sürücü ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə