Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan 1992-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu bıçaqlanıb.
Hadisəyə səbəb müştərinin qiymətlə razılaşmaması olub.
Aralarında yaranan mübahisədə sərnişin sürücünü bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB