Ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub

Ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub

Mayın 8-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 160, o cümlədən borclu şəxs qismində axtarılan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə