Avtomobil 2 məktəblini vurub

Şabran rayonunda avtomobil 2 məktəblini vurub.

SİA-nın məlumatına görə, hadisə bu gün şəhərin H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin qarşısında qeydə alınıb.

Belə ki, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən məktəblilər - 2007-ci il təvəllüdlü E.Həsənovanı və onun qardaşı 2009-cu il təvəllüdlü M.Həsənovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəblilər xəstəxanaya çatdırılıblar.

Avtomobilin sürücüsü, polis nəfəri məktəbliləri xəstəxanaya çatdırıb. Onların müalicələri davam etdirilir, vəziyyətləri normaldır, həyati təhlükələri yoxdur.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə