Masallı rayon Təzə Alvadı kənd sakini Sədaqət Səfərovanın yaşadığı kəndin ərazisində çoxsaylı bıçaq xəsarətlərindən ölməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aralarında yaranmış mübahisə nəticəsində qətlin onun həyat yoldaşı Gülağa Bəndəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. G.Bəndəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB