Evdən 2 min manatlıq çilçıraq oğurlanıb

Evdən 2 min manatlıq çilçıraq oğurlanıb

Mayın 2-də Nizami rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində çilçırağın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən SİA-ya verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Eldəniz Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə