Bakıda kişi qonşusuna balta ilə xəsarətlər yetirib

Bakıda kişi qonşusuna balta ilə xəsarətlər yetirib

Bakıda kişi qonşusuna balta ilə xəsarət yetirib.

SİA xəbər verir ki, hadisə Sabunçu rayonu Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu, 1977-ci il təvəllüdlü Məmmədzadə Namiq Mövsüm oğlunu söyüş söyməsi səbəbindən balta ilə vurub. Namiq Məmmədzadə başından bir neçə yerdən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə