17 yaşlı gənci maşın vurub

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Babək rayon Qoşadizə kəndində qeydə alınıb. Avtomobil, yolu keçən 2006-cı il təvəllüdlü Qoşadizə kənd sakini Cəfərli Hüseyn Əli oğlunu vurub.

Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə