Abşeronda "KIA" yanıb

Abşeron rayonunda "KIA" markalı minik avtomobili yanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Novxanı kəndində baş verən hadisədə 1 nəfər yanıq xəsarəti alıb.

"Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə