Astara rayonunda iki gün əvvəl itkin düşən 54 yaşlı kişinin meyiti tapılıb. SİA-nın məlumatına görə, Astara rayonunun Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizovun meyitinin bu gün rayon ərazisində aşkarlandığı bildirilir.
Onun hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Astara rayonunun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov iki gün əvvəl 19:00 radələrində evdən çıxıb və naməlum istiqamətə gedib. Onun evə gəlmədiyini görən yaxınları axtarışa başlayıblar. Bununla bağlı polisə müraciət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB