Bakıda yanacaq vaqonu relsdən çıxıb- FOTO

Bakıda yanacaq vaqonu relsdən çıxıb- FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə