Nizami rayonunda ağır yol qəzası olub

Nizami rayonunda ağır yol qəzası olub

Bakının Nizami rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. SİA-nın məlumatına görə, 1988-ci il təvəllüdlü Mehdiyev Mikayıl Haqverdi oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə