Avtomobil daş hasara çırpılıb

Avtomobil daş hasara çırpılıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Cəlilabad şəhər avtovağzalı ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "Mercedes" markalı minik avtomobili daş hasara çırpılıb. Qəza nəticəsində 1976-ci il təvəllüdlü Mirfəttah Təhməzov və qızı, 2012-ci il təvəllüdlü V.Təhməzova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə