Bakıda yol qəzasında 2 nəfər ölüb

Bakıda yol qəzasında 2 nəfər ölüb

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, “VAZ-2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq aşıb. Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə