Gəncədə avtomobil yanıb

Gəncədə küçədə dayanan avtomobil qəfildən alışıb.

SİA APA-ya istinadən xəbər verir ki, şəhərin Cavad xan küçəsində park olunmuş “Daewoo Nexia” markalı avtomobil anıdən yanıb.

Hadisə yerinə FHN-nın Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə maşınları və əməkdaşları cəlb olunub. Alov qısa zamanda söndürülüb. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə