Goranboyda 3 avtomobil toqquşub

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.

Hərəkətdə olan 3 minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə