Cəlilabadda yol qəzası olub

Cəlilabadda baş verən yol qəzasında iki qadın xəsarət alıb.

SİA-nın məlumatına görə, rayon ərazisində qeydə alınan qəzada 1970-ci il təvəllüdlü Nəcibə Məmmədova və 1958-ci il təvəllüdlü Mənzər Həşimova xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə