Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində çirkab sularının yığışdığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub.
SİA-nın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Meyit çuxurdan çıxarılaraq müvafiq ekspertiza göndərilib.
İlkin araşdırmalar zamanı onun, şəhər sakini, 1940-cı il təvəllüdlü İsa Hümbətov olması və tapıldığı ərazisinin yaxınlığında yaşaması məlum olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB