Ağdamda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Ağdamda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Ağdamda ağır yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.

Avtomobildə 4 nəfərin olduğu deyilir.

Qəza zamanı ölən və xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə