Ağstafada yol qəzasında 3 nəfər ölüb, 8-i yaralanıb - YENİLƏNİB

Ağstafada yol qəzasında 3 nəfər ölüb, 8-i yaralanıb - YENİLƏNİB

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə