Türkiyədə saxta spirtli içki aldığı iddia edilən tekstil sahibi yaxınları tərəfindən evində ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xəbərdarlıq üzərinə bölgəyə göndərilən səhiyyə işçiləri şəxsin öldüyünü müəyyən ediblər. Evdə çoxlu saxta spirtli içki ilə qarşılaşan təhlükəsizlik qüvvələri ətraflı araşdırma aparıb. Müayinədən sonra meyit yarılma üçün məhkəmə tibb müəssisəsinin meyitxanasına aparılıb. İlk təsbitlərə görə, şəxsin saxta spirtli içki qəbul edərək öldüyü öyrənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB