Novosibirsk vilayətində qəza nəticəsində 3 nəfər ölüb

Novosibirsk vilayətində qəza nəticəsində 3 nəfər ölüb

Novosibirsk vilayətinin Çulımski rayonunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, biri uşaq olmaqla 4 nəfər yaralanıb.

SİA bu barədə rus saytlarına istinad edir.

“Hazırda mövcud olan məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb, ölənlər arasında 2022-ci il təvəllüdlü uşaq da var. Onların şəxsiyyəti və xəsarətlərin xarakteri müəyyənləşdirilir”, - deyə məlumatda bildirilir.

lkin məlumata görə, “Şkoda” markalı avtomobil Novosibirskdən Omsk istiqamətində hərəkətdə olarkən, Novosibirsk vilayətinin Çulımski rayonunda P-254 İrtış federal magistralında ona doğru hərəkət edən “VAZ-2112” ilə toqquşub.

Hazırda hadisə yerində Dövlət Yol Müfəttişliyinin əməkdaşları və polisin əməliyyat-istintaq qrupu işləyir. Qəzanın baş vermə şəraiti və səbəbləri müəyyən edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə