Şəmkir rayonunda toy karvanında hərəkətdə olan avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.
Toy mərasiminin keçirildiyi şadlıq evindən çıxıb hərəkət edən avtomobil karvanında "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü olan bəyin qardaşı 1999-cu il təvəllüdlü S.Yusifov və avtomobildə sərnişin qismində olan daha bir şəxs yaralanıb.
Sürücünün xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB