İzmirdə yaşayış kompleksində güclü yanğın baş verib

İzmirdə yaşayış kompleksində güclü yanğın baş verib

İzmirin Narlıdere rayonunda yerləşən bir yaşayış kompleksində güclü yanğın baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğının səbəbi müəyyən edilir.

Narlıdere Böyekşəhər bələdiyyəsi sədri Ali Engin “NTV“ kanalına açıqlamasında kompleksin 30-35 mənzildən ibarət olduğunu və hazırda sakinlər arasında həyatını itirənlərin olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə