Bakıda zəncirvari qəza baş verib

Bakıda zəncirvari qəza baş verib

Bakının Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

SİA APA-ya istinadən xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Magistral yolda tıxacın yaranmaması üçün DYP əməkdaşları maşınların hərəkətini tənzimləyib.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə