Minaya düşən şəxsin ayağı amputasiya edilib

Minaya düşən şəxsin ayağı amputasiya edilib

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

SİA-nın məlumatına görə, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə