Bakıda sürücüyə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 25-də saat 2 radələrində Nizami rayonu ərazisidə “BYD” markalı avtomobildə olan 2 sərnişinin sürücünü bıçaqla hədələyib 550 manatını quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Masallı rayon sakini Renat Şahbazov və Bakı şəhər sakini Elbrus Ələkbərov müəyyən olunaraq saxlanılıblar.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB