Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin 6 nömrəli ictimai məktəbinin şagirdləri qaz sızmasından zəhərləniblər.
SİA APA-ya istinadən xəbər verir ki, faktı Marneuli Resurs Mərkəzi (maarif şöbəsi) təsdiqləyib.
Məlumata görə, qaz sızması nəticəsində məktəbin 3 şagirdi huşunu itirib. Onların xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Zəhərli qazın məktəb binasının yaxınlığındakı müəssisələrdən birindən sızdığı, məktəblə əlaqəli olmadığı açıqlanıb. Təhlükəsizlik səbəbilə məktəb binasında təxliyə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB