Biləsuvarda dağıntılar altından çıxarılan şəxslərin kimliyi məlum olub

Biləsuvarda dağıntılar altından çıxarılan şəxslərin kimliyi məlum olub

Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, həmin şəxslər Yusif Fərqan oğlu Əliyev və Günay Cəfər qızı Əliyevadır.

Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə