Biləsuvarda beşmərtəbəli binada güclü partlayış olub

Biləsuvarda beşmərtəbəli binada güclü partlayış olub

Biləsuvarda binada güclü partlayış olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, səsi şəhərətrafı kəndlərdə də eşidilib.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə