"Qarabağ"ın məşqində futbolçunun ürəyi dayandı

"Qarabağ"ın məşqində futbolçunun ürəyi dayandı

"Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb. SİA xəbər verir ki, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.

O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.

Azərbaycan U-21 millisinin üzvü Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. 20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə