Cəlilabada güclü dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.
SİA-nın əldə etdiyi məlumata görə, dolu əsasən rayonun bir neçə kəndinə düşüb.
Təqribən bu gün axşam saat 19:05 radələrindən etibarən yağmağa başlayan dolu 7 dəqiqəyə yaxın güclü yağışla davam edib.
Bundan əlavə, güclü külək Cəlilabad rayonunu işıqsız da qoyub.
Yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə işıqların sönməsinə səbəb olub. Həmçinin təbiət hadisəsi şəhər mərkəzində ağacların budaqların sındırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB