Bakıda oğurluq edən qadın tutuldu

Bakıda oğurluq edən qadın tutuldu

Bakıda oğurluq etmiş qadın tutulub. SİA DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Bölməsinin keçirdiyi əməliyyatla aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Tağıyeva saxlanılıb.

Onun əvvəllər məhkum olunması məlum olub. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə