Rayon sakininin avtomobilindən 1 kq-dan çox metamfetamin tapılıb

Rayon sakininin avtomobilindən 1 kq-dan çox metamfetamin tapılıb

Beyləqan rayon sakinindən və onun avtomobilindən 1 kq-dan çox metamfetamin aşkarlanıb. Bu barədə SİA-ya DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Beyləqan rayon sakini İ.Əsgərovdan 4 qrama yaxın metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı isə 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə