Şabranda təcili tibbi yardım və minik avtomobilləri toqquşub

Şabranda təcili tibbi yardım və minik avtomobilləri toqquşub

Şabran rayonunda təcili tibbi yardım avtomobili çağırış ünvanından qayıdarkən “VAZ-2107” markalı minik maşını ilə toqquşub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində təcili tibbi yardım maşını ilə Bakıya aparılan, 1955-ci il təvəllüdlü ağır xəstə Rəfi Məmmədov göstərilən ilkin tibbi yardıma baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə