90-cı illərdə "ulduz uşaq" kimi şöhrət qazanan Aaron Karter faciəvi şəkildə öz evində ölü tapılmışdı. Məşhur ulduzun ölüm səbəbi məlum olub. SİA xarici mətbuatdan əldə etdiyi məlumata əsasən bildirir ki, Aaron Karter 5 noyabr 2022-ci ildə Los-Ancelesdəki evinin vanna otağında suyun içində ölü halda tapılmışdı.
"Ulduz uşağın" meyidini yaran tibbi ekspertin rəyinə görə, Karterin bədənində trankvilizator alprazolam və sıxılmış qaz difluoretan tapılıb. Bildirilib ki, bu qaz tez-tez sprey təmizləyicilərdə istifadə olunur və narkotik effekti yaradır.
Sözügedən iki maddə Karteri hərəkətsiz hala salıb və onun öz vannasında boğulmasına səbəb olub.
Yarılma Karterin ölümündən bir gün sonra aparılsa da, toksikoloji testlərin nəticələri çıxmadığı üçün ictimaiyyətə açıqlanmamışdı.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB