3 avtomobildən 7 min manatlıq oğurluq edilib

3 avtomobildən 7 min manatlıq oğurluq edilib

Bakıda avtomobillərdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Toyota” və “Mitsubishi” markalı 3 avtomobildən 7000 manat dəyərində səsboğucularını oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini Zaur Mədətzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə