İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Mərkəzindən bildirilib.

Zəlzələ yerli vaxtla saat 15:21-də İsmayıllı stansiyasından 16 kilometr şərqdə qeydə alınıb.

Maqnitudası 3,5 olan zəlzələ episentrdə bəzi insanlar tərəfindən hiss olunub. Zəlzələnin ocağı 12 kilometr dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə