4 yaşlı uşaq yol qəzasında xəsarət alıb

4 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2019-cu il təvəllüdlü Şükürlü Ayan Elməddin qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə